"Xüsusi ilə, "Xəzər Lənkəran"la oyuna ciddi hazırlaşırıq"

00:50 - 11 Avqust 2013

Mirhüseyn Seyidov: "Rəqib qırmızı vərəqə aldıqdan sonra rahat oyun sərgilədik"

 

 

"Oyun istədiyimiz kimi keçdi. Tərlan Əhmədov komandanı yaxşı hazırlamışdı. Bahodır iki baxımlı qola imza atdı. "

 

Bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Sportal.az-a açıqlamasında bildirib. O, "Rəvan"la qarşılaşmada rəqibin 10 nəfər qalmasından sonra daha yaxşı oynadıqlarını da bildirib:

 

 

"Rəqib qırmızı vərəqə aldıqdan sonra rahat  oyun sərgilədik. Qarşıdan millinin oyunları gəlir, daha sonra çətin oyunlarımız var, xüsusi ilə "Xəzər Lənkəran"la oyuna ciddi hazırlaşırıq"

Xəbər xətti