"Əgər o, komanda yoldaşları qarşısında üzr istəsə, onu məşqlərə buraxacam"

13:51 - 12 Avqust 2013

Suares etdiyi əməldən peşman deyil
 
Suares etdiyi hərəkətlərə görə "Liverpul"dan üzr istəməyəcək.
 
Sportal.az xəbər verir ki, "Liverpul" artıq "Arsenal"ın hər iki təklifini rədd edib. Brendan Rocers müsahibəsində söyləyib ki, əgər o , klub və komanda yoldaşları qarşısında üzr istəsə, onu komanda ilə birlikdə məşqlərə buraxacayıq. 
 
Mənbənin verdiyi xəbərə görə, Suares hər şeyi düzgün etdiyini düşünür və üzr istəmək fikri yoxdur. Hal-hazırda Suares Premyer Liqanın arbitrajına şikayət etməyi planlaşdırır.

Xəbər xətti