"Ayntraxt" - "Qarabağ" matçının vaxtı dəyişdi

01:51 - 14 Avqust 2013

Duello 35 dəqiqə erkən başlayacaq

 

Avroliqanın pley-off mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq "Ayntraxt" - "Qarabağ" matçının başlama vaxtı dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, təmsilçimizin Almaniya komandası ilə görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi, avqustun 29-da yerli vaxtla saat 21.05-də deyil, 20.30-da (Bakı vaxtı ilə saat 23.30) başlanacaq.

Qeyd edək ki, bu komandaların Bakıdakı ilk oyunu isə avqustun 22-si, saat 21.00-da start götürəcək.

Xəbər xətti