Subaşiç neçə nömrəli forma ilə mübarizə aparacaq?

01:05 - 16 Avqust 2013

"Orduspor"da futbolçuların çıxış edəcəkləri nömrələr bəlli olub
 
 
 
Türkiyənin “Orduspor” klubunun futbolçuları növbəti mövsümdə hansı nömrələr altında çıxış edəcəklərinə tam aydınlıq gətiriblər.
 
 
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Komandanın şərəfini qoruyacaq Azərbaycan millisinin forvardı Branimir Subaşiçin də nömrə seçimi bəlli olub. Serb əsilli milliləşən futbolçumuz ona doğma olan 20 nömrəsini seçib.
 
Qeyd edək ki, “Orduspor” yeni mövsümdə Türkiyənin PTT Birinci Liqasında çıxış edəcək.

Xəbər xətti