Vüsal Əliyevlə 7-ci oyun

23:22 - 16 Avqust 2013

Paytaxt derbisini idarə edəcək hakimin adı məlum olub
 
 
"Rəvan”  Premyer Liqanın 3-cü turu çərçivəsində "Bakı” ilə qarşılaşacaq.
 
 
Sportal.az xəbər verir ki, “aslanlar”ın qonaq qismində çıxış edəcəyi paytaxt derbisini idarə edəcək hakimlər də artıq bəllidi.
 
Oyunu ölkəmizin sayılıb-seçilən referilərindən olan Vüsal Əliyev idarə edəcək.
 
Bu, Əliyevin Premyer Liqada “Rəvan”la yollarının kəsişdiyi 7-ci hal olacaq. Buna qədər “Rəvan”ın 6 görüşündə ədaləti təmsil edən Vüsal Əliyevin fit çaldığı oyunlada bu komanda 3 qələbə qazanıb (Sumqayıt – 1:0, Turan – 6:2, Xəzər Lənkəran – 2:1), 1 dəfə heç-heçəyə razılaşıb.
 
"Xəzər Lənkəran” və AZAL ilə səfər görüşlərində isə məğlubiyyət qeydə alınıb. Maraqlıdır ki, bu 6 oyunun 5-i səfər matçlarına təsadüf edib və “Rəvan” indi yenə rəqib komandanın meydanında oynayacaq. Özü də bu oyunlarda "sülh” olmayıb. Onun idarə etdiyi oyunlarda yeganə heç-heçə "Xəzər Lənkəran” ilə ev matçına təsadüf edir

Xəbər xətti