"Fənərbaxça"nın "Arsenal"ı udmaq şansı gedərək çoxalır

18:32 - 20 Avqust 2013

Zədəlilər Vengeri narahat edir
 
“Fənərbaxça” avqustun 21-i “Çempionlar Liqa”sı play-off turu çərçivəsində “Arsenal”la qarşılaşacaq. 
 
Sportal.az xəbər verir ki, “Arsenal”da daha bir əsas heyət oyunçusu Aleks Oksleyd Çemberleyn zədələnib. Çemberleyn “Premyer Liqa”nın ilk turundaca “Aston Villa”ya qarşı matçda dizindən ciddi zədə alıb. Həkimlər futbolçunu müayinə etdikdən sonra onun ən az 6 ay futbol oynaya bilməyəcəyini deyiblər.
 
Bununla da Çemberleyn Mikel Arteta, Kiran Gibs,Cek Uilşer, Tomas Rosiçki kimi zədəli futbolçular siyahısına daxil olub.

Xəbər xətti