"Real" şokda

00:40 - 22 Avqust 2013

Xabi Alonso 3 ay meydanlardan uzaq qalacaq
 
“Real”ın zədəli futbolçusu Xabi Alonso gözlənildiyindən gec yaşıl meydanlara qayıdacaq.
 
Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi məşq zamanı zədələnmişdi. Bugünkü tibbi müayinədən sonra həkimlər Alonsonun zədəsinin ciddi olduğunu açıqlayıblar. Onun təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı bəlli olub. Bu xəbər “Real”ın məşqçilər korpusunu şoka salıb.

Xəbər xətti