Naci Şensoy: "Qarabağ" bu gün özünə güvənməlidir"

15:57 - 22 Avqust 2013

"Hər şey futbolçulardan asılı olacaq"
 
“Qarabağ”ı evdə çox çətin bir oyun gözləyir və rəqib Avropada təcrübəlidir. Amma mənim çox sevdiyim bir cümlə var: heç nə mümkünsüz deyil. “Qarabağ”ın bu dəqiqə Qurban Qurbanov kimi ağıllı bir məşqçisi var. "
 
Bu sözləri Sportal.az açıqlamasında "Turan"ın sabiq baş məşqçisi Naci Şensoy deyib. Şensoy bu gün "Qarabağ"ın futbolçularının bacarığından çox şey asılı olduğunu bildirib:
 
"Bu gün hər şey futbolçulardan asılı olacaq. Əgər “Qarabağ”ın futbolçular rəqibi gözlərində böyütməzsə, hər şey yaxşı nəticələnə bilər. Bunu keçən il “Neftçi” sübut etmədimi?
 
Dediyim ki, rəqib çox güclüdür, amma “Qarabağ” özünə güvənməlidir. Futbolun ən gözəl yeri sürprizlərlə dolu olmasıdır. Belə bir şey yoxdu ki, hər zaman güclü komandalar qalib gələcək. Ən vacibi odur ki, “Qarabağ” bu gün qalib gəlmək üçün inansın.”

Xəbər xətti