"Qarabağ" bu oyunda uduzmayacaq" MÜSAHİBƏ

17:31 - 22 Avqust 2013

Ruslan Tağızadə: "Sonradan özümüzə gəldik"
 
AZAL-ın yarımmüdafiəçisi Ruslan Tağızadənin Sportal.az-a müsahibəsi
 
- Əvvəlcə, “İnter”lə oyun haqqında danışardın...
- Oyun çox çətin keçdi. “İnter” həmişə çempionluğa oynayan komandadır. Həmçinin 2 turda məğlub olmuşdular. Meydanda qələbə üçün mübarizə aparırdılar. Amma biz də qalib gəlmək fikrində idik. Buna nail olduq. Əlimizdən gələni etdik və qalib gəldik.
 
- AZAL ilk turda “Neftçi”yə böyükhesabla uduzdu. Amma son iki turda iki iddialı komandaya qalib gəldi. Nə dəyişdiki komandada?
- Nəsə ilk turda oyunumuz alınmadı. İlk tur həmişə çətin olur. Sonradan özümüzə gəldik, toparlandıq və bu gün artıq iki qələbəmiz var.
 
- “İnter” tərəfi oyundan sonra hakimlikdən narazılıq edib...
- Onlar birinci qolda cərimə olduğunu deyirlər. Amma mən inanmıram..Əgə hakim belə qərar veribsə, deməli belədir.
 
- Ötən mövsüm də AZAL-da oynamısan. Hal-hazırda komandada nə problem var. Ən azından keçən ilin sonunda Zoahir və Nildo kimi futbolçular komandadan ayrıldı...
- Bir sıra oyunçularımız getdi. Amma ona baxmayaraq hər şey yaxşıdır. Heç bir futbolçu əvəzedilməz deyil. Onların yerinə gələn futbolçular da yaxşıdı. Komandada problem var ya yox, bunu məşqçi deyə bilər. Biz meydana çıxıb futbolumuzu oynamaqla məşğuluq. 
 
- Növbəti turda “Sumqayıt”la qarşılşacaqsınız. Həmin oyun barədə nə deyə bilərsən?
- “Sumqayıt” yaxşı komandadır. Son turda da “Qəbələ” kimi komandanı udublar. Amma biz qalibiyyətlərimizin ardını gətirmək istəyirik.
 
- Bu gün “Qarabağ” Avroliqanın “pley off” mərhələsində oyuna çıxacaq. Səncə, bu oyundan komandamız nə nəticə qazana bilər?
- “Qarabağ”ın bir az bəxti gətirmədi ki, alman klubu ilə düşdü. Çətin olacaq, amma düşünürəm ki, “Qarabağ” bu oyunda uduzmayacaq.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti