"Beyl "Real"a gələrsə, ... "

11:38 - 24 Avqust 2013

Məsut Özil: "Mançester Yunayted"də oynamaq istəyərəm"

 

"Real" demək olar ki, Qaret Beyl transferini gerçəkləşdirmək üzrədir.

 

Sportal.az xəbər verir ki, Beylin gəlişindən sonra kimin ehtiyatda qalacağı maraq doğurur. Bir neçə gün bundan qabaq "Real"ın türk əsilli alman futbolçusu Məsut Özil İspaniya mətbuatına maraqlı açıqlama verib. Futbolçu Beylin gələcəyi təqdirdə belə deyib:

 

"Əgər Beyl "Real"a gələrsə, start heyətdə meydanlarda az görünə bilərəm, amma özümə inanıram. Mən dünya çempionatına hazırlıqlı getmək istəyirəmsə, daha çox oynamalıyam".

Futbolçuya "Mançester Yunayted"də oynamaq istəyərsən" sualına isə futbolçu belə cavab verib:

 

"Mənim üçün bu, yaxşı təcrübə olar. Orada dünyanın ən güclü futbolçuları çıxış edir, amma ilkin hədəfim "Real"da yerimi möhkəmlətməkdir".

Xəbər xətti