Futbolda bu da oldu: Komadasının qalib gəldiyini eşitdi, komadan çıxdı

15:04 - 24 Avqust 2013

Futbol sevgisi onu həyata qaytardı 
 
İngiltərədə futbol adına maraqlı bir hadisə qeydə alınıb.
 
Sportal.az xəbər verir ki, adı çəkilən ölkədə “Larkhall Atletik” adlı bir klubu çalışdıran məşqçi komandasının ilk oyunda qalib gəldiyini eşidəndə komandan çıxıb. Belə ki, Ueyn Torne adlı məşqçi evinə gedərkən avtomobil qəzasına düşüb və təcili xəstəxanaya qaldırılıb. Bədənində çox sayda qırıq olan və ürək nahiyyəsindən əməliyyat olunan 33 yaşlı Torne bir həftə komada qalıb. Həkimlər xəstənin ailəsinə “onu həyata qaytaracaq sözlər söyləyin” tövsiyyə edib. Ailəsi də bu məsləhətə qulaq asaraq ona “Komandan ilk oyunda qalib gəldi, səni gözləyir” deyib. Bu sözləri eşidən məşqçi dərhal reaksiya verərək gözlərini açıb və komadan çıxıb. Yenidən həyata qayıdan çalışdırıcı hər kəsə təşəkkür edib. 

Xəbər xətti