"Mourinyo mənə mesaj yazdı ki, "Çelsi"yə gəlim"

17:03 - 25 Avqust 2013

İngilis klublarını rədd etdi, Peresə isə "yox" demədi
 
Dortmund “Borusiya”sının hücumçusu Robert Levandovski maraqlı açıqlaması ilə diqqət çəkib.
 
Sportal.az xəbər verir ki, polşalı futbolçu İngiltərə Premyer Liqasından, ən önəmlisi Joze Mourinyodan təklif aldığını, ancaq qəbul etmədiyini bildirib:
 
“Mən İngiltərə Premyer Liqasından - "Mançester Yunayted" və "Çelsi"dən gələn təklifi rədd etmişəm və “Borussiya” ilə müqaviləni yeniləməyi qərara aldım. Joze Mourinyo mənə mesaj yazdı ki, “Çelsi”yə gəlim. Etiraf edirəm çox sevindim ki, onun kimi böyük məşqçi mənə mesaj yazıb. Bundan əvvəl isə Aleks Ferqyusson ilə danışdım. İnanılmaz hiss keçirdim. Amma İngiltərəyə getməyi deyil, Dortmundda qalmağı seçdim. 
 
Ötən mövsüm Çempionlar Liqasının yarımfinalında “Real”la oyundan sonra Florentina Pereslə danışdım. Ona isə “yox” demədim”. 

Xəbər xətti