"Meydanda bir komanda var idi: "Xəzər Lənkəran"

12:49 - 27 Avqust 2013

Skarlatake: "Biz bu oyunda böyükhesablı qələbə qazanmalı idik"
 
“Biz bu oyunda asanlıqla qələbə qazanmalı idik. “Neftçi”nin asanlıqla məğlub etməli idik. Hamı gördü ki, meydanda bir komanda var idi, o da “Xəzər Lənkəran”. Nə demək olar ki? Bəxtimiz gətirmədi. Biz meydanda hər şey etdik”.
 
Bu sözləri Sportal.az-a açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Manuel Skarlatake deyib. Rumıniyalı futbolçu daha sonra sözlərinə belə davam edib: “Bu qədər şansdan birinin qol olmamağı həqiqətən bəxtsizlikdir. Həmçinin rəqib komandanın qapıçısı yaxşı oynadı. Biz bu oyunda böyükhesablı qələbə qazanmalı idik. Amma alınmadı”.
 
Skarlatake “Qəbələ” ilə oyun barədə də danışıb: “Qəbələ” yaxşı komandadır. Amma biz ora qələbə üçün gedəcəyik. Bugünki oyunumuz bir daha göstərdi ki, biz istənilən komandanı məğlub edə bilərik”

Xəbər xətti