Çempionlar Liqası: Pley-off mərhələsi başa çatdı YENİLƏNİB

01:56 - 29 Avqust 2013

"Şaxtyor" "Seltik" səddinə ilişdi
 
Bu gün UEFA Çempionlar Liqasının “play-off” mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
 
Sportal.az xəbər verir ki, bu gün də baş tutacaq 5 oyunla ÇL-in qrup mərhələsində iştirak edən bütün komandaların adına aydınlıq gələcək. Günün ilk qarşılaşmasında “Zenit” ilk oyunda böyükhesabla qalib gəldiyi “Pasuş di Ferreyra”nı qəbul edəcək. Digər oyunlarda “Seltik” Qazaxıstan” “Şaxtyor”unu, “Maribor” “Viktoriya”nı, “Real Sosyedad” “Lion”u, “Milan isə PSV-ni sınağa çəkəcək. Bu qarşılaşmalar isə saat 23:45-də başlayacaq. 
 
Qeyd edək ki, dünən keçirilən 5 oyundan sonra “Arsenal”, “Avstriya”, “Şalke”, “Bazel” və “Styaua” ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb. 
 
Çempionlar Liqası: “play-off” mərhələsi, cavab oyunları
 
28 avqust
 
“Zenit” (Rusiya) – “Pasuş di Ferreyra” (Portuqaliya)  4:2  (ilk oyun 4:1)
  Qollar: Danni, 29; 48, Buxarov, 66, Arşavin, 78-pen - Manuel, 67, Karlao, 83.
 
 “Seltik” (Şotlandiya) – “Şaxtyor” 3:0 (Karaqandi, Qazaxıstan)  (ilk oyun 0:2)
   Qollar:Kommons, 45, Samaras, 48, Forrest, 90.
 
 “Maribor” (Sloveniya) – “Viktoriya” 0:1 (Çexiya)  (ilk oyun 1:3)
   Qol: Stanislav Tred,3
 
“Real Sosyedad” (İspaniya) – “Lion” 2:0  ( Fransa)  (ilk oyun 2:0)
  Qollar: K.Vela,67,90
 
 “Milan” (İtaliya) - PSV (Hollandiya) 3:0  (ilk oyun 1:1) 
  Qollar:  Boatenq, 9,77, Balotelli,45
 
Dünən baş tutan oyunlar: 
 
 “Arsenal” (İngiltərə) – “Fənərbaxça” (Türkiyə) 2:0   (ilk oyun 3:0)
Qollar: A.Remzi,25,72
 
 “Avstriya” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 2:3   (ilk oyun 2:0)
Qollar: Simuniç,4,(öq), Roman,82 - Brozoviç,33,  Fernandes,43, Beqiraj,70
 
 PAOK (Yunanıstan) – “Şalke” (Almaniya) 2:3   (ilk oyun 1:1)
Qollar: Atanasiadis,53,79 - A.Szalay,43,90, Draksler,67
 
 “Bazel” (İsveçrə) – “Ludoqorets” (Bolqarıstan)  2:0  (ilk oyun 4:2)
Qollar: F.Frey,11, Deqen,79
 
 “Legiya” (Polşa) – “Styaua” (Rumıniya) 2:2  (ilk oyun 1:1)
Qollar: Radoviç,27, Rzeznzçak,90 - Stanku,7, Pyovakkari, 9  

Xəbər xətti