"Mən qrup mərhələsinə vəsiqə qazanacağımıza inanırdım"

10:26 - 30 Avqust 2013

Armin Fe: "Onlar səfərdə çox yaxşı oyun sərgilədilər"
 
Almaniyanın “Ayntraxt” klubunun baş məşqçisi Armin Fe Avropa Liqasının play-off mərhələsi çərçivəsində “Qarabağ”la cavab oyunundan sonra fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, o, 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Bu gün rəqibimiz bir həftə öncəki ilə müqayisədə daha yaxşı təsir bağışladı. Onlar səfərdə çox yaxşı oyun sərgilədilər. Mən bu rəqibin təhlükəli komanda olduğunu və arxayınlaşmağa haqqımızın olmadığını öncədən də demişdim. Mümkündü ki, uşaqlar artıq vəzifələrinin öhdəsindən gəldiyini düşünməyə başladılar və “Qarabağ” məhz bu arxayınlığın nəticəsində bizə qol vurdu. Amma mən istənilən halda qrup mərhələsinə vəsiqə qazanacağımıza inanırdım”.

Xəbər xətti