"Qarabağ", "Rəvan" sonda isə "Araz"

01:45 - 1 Sentyabr 2013

Bəxtiyar Soltanov rəsmən "Araz"da
 
 
Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıran “Araz” artıq Naxçıvana qayıdıb.
 
Sportal.az xəbər verir ki, I Divizionun başlanmasına qısa zaman qalmış heyətini daha bir yerli futbolçu ilə gücləndirən Naxçıvan təmsilçisi"Rəvan"dan ayrılan Bəxtiyar Soltanovu sıralarına qatıb.
 
Naxçıvana gələn Bəxtiyarla artıq müqavilə bağlanılıb.
 
Bəxtiyar Soltanovun bu mövsümün sonunda “Qarabağ”la müqaviləsi bitdiyindən “Rəvan”la anlaşmışdı. Lakin Vladislav Qədirovun “Rəvan”ın sükanı arxasına gətirilməsindən sonra bu komandadan ayrılan hücumçu bundan sonra “Araz”ın uğurları üçün tər tökəcək.

Xəbər xətti