"Dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün ... "

12:23 - 4 Sentyabr 2013

Eli Qutman: "Azərbaycanla oyunda bütün gücümüzü səfərbər edəcəyik" 
 
"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də millimizi qəbul edəcək İsrail yığmasının baş məşqçisi Eli Qutman ölkəsinin mətbuatına müsahibə verib.
 
Sportal.az xəbər verir ki, Azərbaycanla oyuna da toxunan təcrübəli mütəxəssis qarşıdakı oyunlara ciddi hazırlaşdıqlarını bildirib:
 
"Qarşıda bizi iki vacib oyun gözləyir. Bu baxımdan futbolçularımla daim əlaqədə oluram. Hər iki oyuna ciddi hazırlaşırıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Lakin bunda azarkeşlərimizin də dəstəyinə ehtiyacımız olacaq. Seçmə mərhələnin ilk oyununda Bakıda Azərbaycanla 1:1 bərabərə qaldıq, Rusiyaya isə 0:4 hesabı ilə uduzduq. Bu acı məğlubiyyət karyeramın çətin anı idi.
 
Artıq bu oyunları unudub, irəli baxmalıyıq. Azərbaycan və Rusiya ilə oyunlarda bütün gücümüzü səfərbər edəcəyimizi düşünürəm. Komandada yalnız Yossi Benayun klubsuzdur. Qalan bütün futbolçularım yaxşı formadadır. Dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şansımız var. Bundan maksimum yararlanacağımıza inanıram".
 
Qeyd edək ki, sentyabrın 7-də millimizi qəbul edəcək İsrail yığması 3 gün sonra səfərdə Rusiya ilə qarşılaşacaq.

Xəbər xətti