"Çünki ordan da bir klub aşağı liqaya düşəcək"

14:25 - 5 Sentyabr 2013

Ramin Musayev: "Birinci Divizionda maraqlı mövsüm olacaq"
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün baş tutan Birinci Divizionun püşkatma mərasimində yeni mövsümlə bağlı fikirlərini açıqlayıb. Sportal.az xəbər verir ki, o, bunları söyləyib:

“Birinci Divizionda maraqlı mövsüm olacaq. Hər komanda 21 yaşadək altı futbolçu sifariş etməlidi. Həmçinin komandalar beş əvəzetməyə əl ata biləcəklər. İştirakçılar yeni mövsümə ciddi hazırlaşmalıdılar. Çünki növbəti mövsüm bu klublardan biri Premyer Liqada çıxış etmək şansı qazanacaq. Elə Premyer Liqada da gərgin mübarizə gedəcək. Çünki ordan da bir klub aşağı liqaya düşəcək”.

Xəbər xətti