"Real" İstanbula kimləri gətirməyəcək?

02:00 - 12 Sentyabr 2013

Xabi Alonso İstanbula gəlməyəcək

 

Gələn həftə Çempionlar Liqasında qrupun ilk matçında “Qalatasaray”la səfərdə qarşılaşacaq “Real”da zədəlilər məşqçilər korpusunu narahat edir.

 

Sportal.az xəbər verir ki, bir müddət əvvəl zədələnən Marselonun bu görüşdə olmayacağı dəqiqdir. Onun hətta 2013-cü ildə futbol oynamayacağı deyilir.

 

Bu azmış kimi, “Real” digər sol cinah müdafiəçisi Fabio Koentraonu da itirib. Koentrao isə Portuqaliya millisinin heyətində Braziliya ilə görüşdə ayağından xəsarət alıb. Onun Türkiyə səfərinə aparılıb-aparılmayacağı hələ bəlli deyil. Yüngül zədələri olan İsko və Kişrtianu Ronaldo isə yəqin ki, həmin vaxta qədər sağalacaq. Sadəcə, baş məşqçi Karlo Ançelotti həftəsonu “Vilyareal”la La Liqa matçında bu oyunçuları riskə atmaq istəmir. Xabi Alonso və İlyaramendinin isə “Qalatasaray”la oyunda iştirak etməyəcəyi dəqiqdir. 

Xəbər xətti