Qurban Qurbanov: "Vurduğumuz qol gözlənilməz oldu" VİDEO

23:49 - 13 Sentyabr 2013

"Heyətlə bağlı problem olanda istədiyimiz oyunu göstərə bilmirik"
 
“Vladislav Qədirovu “Rəvan”a baş məşqçi təyin olunması ilə təbrik edirəm. Ötən turdakı qələbə və bugünkü heç-heçə göstərir ki, komanda onun göstərişlərini uğurla yerinə yetirir". 
 
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov heyətdəki problemdən danışıb:
 
"Vurduğumuz qol mənim üçün gözlənilməz oldu. Heyətlə bağlı problem olanda istədiyimiz oyunu göstərə bilmirik. Bəlkə də son 3 ayın psixoloji yorğunluğu özünü biruzə verir. Futbolçulara iradım yoxdur, qələbə üçün oynayırdılar. Alınmadı, hər şey ola bilər. Komandaya iki günlük istirahət veriləcək, Admir Teli, Nikolas Gelaşvili və Ulrix Kapolonqo milli komandaların düşərgələrindən təzə qayıdıblar”. 
 

Xəbər xətti