Elnur Allahverdiyev "Qəbələ" barədə danışdı

17:11 - 17 Sentyabr 2013

"Təxminən bir saatdan sonra hər şeyə aydınlıq gələcək"

 

Con Toşakın istəyi ilə "Xəzər Lənkəran"dan uzaqlaşdırılan Elnur Allahverdiyev yeni klub tapıb.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisinin "Qəbələ"yə keçidi ilə bağlı xəbər yayılıb. Futbolçunun özü də saytımıza açıqlamasında bu xəbəri təkzib etməyib: 

 

"Hələ dəqiq məsələ deyil. Çünki transfer vərəqimi almamışam. Amma təxminən bir saatdan sonra hər şeyə aydınlıq gələcək. "Qəbələ"yə keçib-keçməməyim bundan sonra bilinəcək". 

Xəbər xətti