Futbolçu “Land of fire Azerbaijan”ı unutduğuna görə cəzalandırılacaq FOTO

13:02 - 19 Sentyabr 2013

"O qədər həyəcanlı idim ki, səhv formanı geyindim"
 
Dünən Çempionlar Liqasında "Atletiko" Madrid "Zenit"ə qarşı (3:1) oynayıb.
 
Sportal.az xəbər verir ki, matçın 2-ci hissəsində oyuna girən Leo Baptistao "Land of Fire Azerbaijan" yazılan formanı geyinməyərək, sahəyə reklamsız futbolka ilə çıxıb. 80-ci dəqiqədə Baptistao "Zenit"in qapısından 3-cü topu keçirib.
 
Görüşdən sonra Leo Baptistao hərəkətinə belə şərh verib:
 
"O qədər həyəcanlı idim ki, səhv formanı geyindim" 
 
 Braziliyalı futbolçunun vurduğu qoldan sonra formasını dəyişərək, "Land of fire Azerbaijan" yazısı olan futbolkanı geyməsinə baxmayaraq, "Atletiko" klubu tərəfindən cəzalanacağı gözlənilir. 
 

Xəbər xətti