Məşqə gecikdi, 10 min dollar cərimə ödədi

16:00 - 22 Sentyabr 2013

Alqışlarla qarşılandı, həm də pulundan oldu
 
“Fənərbaxça” təcrübəli futbolçu Yoboya 10 min dollar pul cəzası kəsib.
 
Sportal.az xəbər verir ki, zədəsini yenicə sağaldan nigeriyalı oyunçu “Elazığspor”la matçdan əvvəl komanda ilə birgə məşqə də çıxıb. Amma o, hazırlığa vaxtında çatmayıb. Buna görə də ona pul cəzası verilib. Məşqə gecikən Yobonu komanda yoldaşları alqışlarla qarşılasa da, texniki heyətin təyin etdiyi cəriməni ödəmək məcburiyyətində qalıb. 
 
Qeyd edək ki, “Fənərbaxça” V turda “Elazığspor”u 4:0 hesabı ilə məğlub edib.  

Xəbər xətti