"Təkcə mənim fərqlənmək üçün bir neçə imkanım oldu"

11:33 - 24 Sentyabr 2013

Cavid İmamverdiyev: "Çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək"
 
"Neftçi”nin futbolçusu Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, o, “Sumqayıt”la oyun barədə fikirlərini bildirib:
 
“Sumqayıt”ı məğlub edə bilmədiyimiz üçün məyusam. Təkcə mənim fərqlənmək üçün bir neçə imkanım oldu. O epizodlardan birini qola çevirsəydik ardı gələcəkdi. Rəqib sona kimi bütün komanda ilə müdafiə olundu. Qarşıda bizi növbəti çətin oyun gözləyir. Həftə sonu “Qarabağ”ı qəbul edəcəyik. Çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək”. 

Xəbər xətti