"Araz"ın rəsmi fan klubu yarandı

00:50 - 25 Sentyabr 2013

Fan klubun 60-dan çox üzvü var
 
I divizonda mübarizə aparan “Araz Naxçıvan" klubunun rəsmi fan klubu bu gündən fəaliyyətə başlayıb.
 
Sportal.az xəbər verir ki, fan klub “ultrAraz”  adı ilə azarkeşləri ətrafında cəmləyəcək.
Qadir Məmmədli adlı azarkeş isə “ultrAraz”ın rəhbəri seçilib.
 
Gənc fan klub rəhbəri fikirlərini  bölüşüb: “Artıq bu gündən rəsmi fəaliyyətə başladıq. 8 nəfərdən ibarət idarə heyətimizi formalaşdırdıq. Bu gün yaranmağımıza baxmayaraq 60-dan çox müraciət etmiş azarkeşlərimiz fan kluba üzv qəbul olunub. Artıq “Xəmsə” fan-klubunun rəhbəri Adil Məmmədov bizə təbrik ünvanlayıb. Çalışacağıq ki, bütün komandaların fan klubları ilə əlaqə yaradaq. Biz 90 dəqiqəlik oyun zamanı rəqibik. Naxçıvana təşrif buyuracaq fan-klubları da burda çox hörmətlə qarşılayıb, xoş xatirələrlə yola salacağıq. Hələ ki, fəaliyyətimiz Naxçıvan şəhərini əhatə etsə də, qısa zaman ərzində fəaliyyətimizi genişləndirmək niyyətindəyik”.

Xəbər xətti