"Bu oyun bizim üçün dönüş nöqtəsi olacaq"

01:00 - 27 Sentyabr 2013

Araz Abdullayev: "Xal itkiləri bizi məyus etməməlidir"
 
“Flaqman”ın  gənc oyunçusu Araz Abdullayev  ”Qarabağ”la oyun öncəsi fikirlərini bölüşüb.
 
Sportal.az xəbər verir ki, gənc futbolçu bu sözləri dilə gətirib:
 
“Bizim hər zaman Qarabağla oyunumuz çox gərgin və maraqlı keçir və inanıram bu derbidə çox maraqlı və baxımlı olacaq.Son turlar xal itkisi xüsusəndə Sumqayıtla oyundakı üç xal itkisi bizi məyus etməməli və ruhdan düşməməliyik.Həmən oyun bəxtsiz bir oyun idi oldu getdi.Azarkeşlərimizə səslənirəm ki Qarabağla oyunda hər kəs stadiona gəlsin bizdə onlara görə oynayırıq və çalışıb var gücümüzlə oynayıb bu oyunda qalib gəlmək istəyirik.İnanıram ki bu oyun bizim dönüş nöqtəmiz olacaq”.
 
forza1937.com

Xəbər xətti