Yuri Syomin: "Təəssüf ki, hücumlarda son vuruş çatışmırdı"

20:29 - 29 Sentyabr 2013

"Bütün hücumçularımızdan istifadə etdik"
 
“Həm müdafiədə, həm də hücumda yaxşı oynadıq, qol imkanlarımız oldu. Təəssüf ki, hücumlarda son vuruş çatışmırdı".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib. O, sözlərinə belə davam edib:
 
"Bütün hücumçularımızdan istifadə etdik, lakin lazım olan qolu vura bilmədik. “Simurq” çempionatda ən az qol buraxan komandalardandır. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

Xəbər xətti