Millimizin futbolçusu Norveç zəfərindən danışdıMÜSAHİBƏ

23:00 - 10 Oktyabr 2013

İlqar Ələkbərov:"Bu gün mənim üçün unudulmaz gündür"
 
 
Bu gün 21 yaşlılardan ibarət milli komandamız səfərdə Norveç yığmasını 3:1 hesabı ilə məğlub edib.
 
Milli komanda ilə ilk oyununa çıxan gənc futbolçumuz İlqar Ələkbərov bu oyun haqqında Sportal.az-a müsahibə verib:
 
- Norveçlə oyun necə keçdi?
- Çətin oyun oldu, ilk hissə oyunumuz alınmasa da, ikinci hissə meydanda yalnız Azərbaycan milli komandası var idi.
 
- Bu nəticə bir az gözlənilməz oldu. Siz bu nəticəni gözləyirdiniz?
- Düzünü desək, komanda yaxşı nəticə qazanacağına inanırdı, çünki yaxşı hazırlaşmışdıq.
 
- Milli komandada ilk oyununa çıxdın. Təəssüratların necədir?
- Bu gün mənim üçün unudulmaz gündür, ilk dəfə millinin formasını geyindim və komandamız da qələbə qazandı.
 
- Növbəti oyununuz güclü Portuqaliyaya qarşıdır. Bu oyun haqda nə deyə bilərsən?
- Artıq biz vaxt itirmədən o oyuna hazırlaşacağıq. Çətin oyun olacaq, amma inanırıq ki, bugünki qələbənin ardı gələcək.
 
- Millimizin qrupdan çıxmaq şansını necə dəyərləndirirsən?
- İndi bu haqda heç nə deyə bilmərəm, çünki hələ tezdir. Portuqaliya ilə oyunda yaxşı nəticə əldə edib, vəziyyətimiz bir qədər də yaxşılaşdırmalıyıq.

Xəbər xətti