"Barsa" növbəti argentinalıya "elçi düşüb"

23:31 - 13 Oktyabr 2013

"Portu"nun futbolçusu karyerasını İspaniyada davam etdirə bilər
 
“Portu”nun yarımmüdafiəçisi Xuan İturbe karyerasını “Barselona”da davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, bu yay “Verona”ya icarəyə verilən oyunçunu Kataloniya klubu heyətinə qatmaqda maraqlıdır. Amma problem ondadır ki, “Verona” ilə əldə edilən razılığa görə, italiya klubu gələn yay 14 milyon avro ödəsə, argentinalını birdəfəlik transfer edə biləcək. İndi “Barsa” İturbe üçün “Portu”ya bundan çox pul təklif etməlidir.
 
Qeyd edək ki, İturbe bu mövsüm A seriyasında keçirdiyi 3 oyunda 2 qol ötürməsi verib.

Xəbər xətti