"Napoli"dən "Barsa"ya sürpriz təklif

01:15 - 14 Oktyabr 2013

"Napoli" yaxınlarda danışıqlara başlayacaq
 
"Barselona" "Napoli"nin yarımmüdafiəçisi Xuan Zuniqanı transfer etməyi düşünür.
 
Sportal.az xəbər verir ki, bir müddət öncə Zuniqa "Napoli" ilə yeni müqavilə imzalamış, lakin razılaşmadakı maddədə oyunçunun 15 milyon avroya "Barselona"ya transfer ola biləcəyi qeyd olunub.
"Napoli" bundan istifadə edərək Xavyer Maskeranoyla Zuniqanı dəyişdirməyi planlaşdırır. Bu mübadilə artıq yanvarda baş verə bilər.

Xəbər xətti