"Xəzər Lənkəran"-"Neftçi" matçında sanki ÇL-ə baxırdım" MÜSAHİBƏ

18:00 - 17 Oktyabr 2013

Ramal Əsədzadə:"Futbolda bu həvəs olmadısa, sadəcə aylıq gəlirini gözləyərsən"
 
Məşhur müğənni Ramal Əsədzadə Sportal.az-a müsahibəsi
 
-Ramal necəsən?
-Çox şükür bu günə.
 
-İdmanla maraqlanırsanmı?
- Demək olar ki, bacardiqca idman edirəm. Vaxt tapan kimi trenajor zalına gedirəm. Ancaq televizorda oturub həvəslə baxdığım futboldu.
 
-Azərbaycan futbolunun inkişafını necə dəyərləndirirsən?
-Bilirsiz, bu gün  mətbuatda oxudum ki, , Azərbaycan milli komandası ötən ayla müqayisədə 19 pillə irəliləyib.  Bu son oyunlarda olan nəticələr vardı ki, Şimali İrlandiya və Rusiya ilə ev oyunlarındakı uğurlu çıxışımız oldu. Düşünürəm ki, daha da gözəl olacaq hər şey.
 
-Ramal bəs səncə niyə daha da qabağa gedə bilmirik bu futbol aləmində?
-Əslində bəzən baxanda məndə əsəbləşirəm. Görəsən,bu futbol bizdə yetərincə niyə inkişaf etmir? Səbəb nədir? Yəqinki, hər şey düzələcək. Kamran Ağayev, Mahir Şükürov, Araz Abdullayev kimi futbolçularımızla biz irəli gedə bilmirik. Bizim futbolçularımız ikinci hissə də artıq təngnəfəs olurlar. Yetərli qaça bilmirlər. 
 
-Yığmamız baş məşqçisi Berti Foqts....
-Düzdür, bax bu günkü nəticəyə görə, ona sağol demək olar. Amma ki, bilirsiz necədir? Baş məşqçi kimi onun etdikləri mənə çatmır. Bəzən dəxli olmayan futbolçunu çıxardır oyuna. Bəzi futbolçularımız var ki, çox gözəl oynayırlar. Amma milli də görə bilmirik biz onları. Buna səbəb nədir, onu da bilmirəm.
 
-Azərbaycanda ən çox hansı futbol klubuna azarkeşlik edirsən?
-"Xəzər Lənkəran", "Neftçi",  "Qarabağ", "Bakı" bu  komandaların oyunları çox maraqlı olur. "Xəzər-Lənkəran"-"Neftçi" oyununda sanki Çempionlar Liqasına baxırdım. Bəzən sonluqda xoşa gəlməz hallarda olur.  Amma bura futbol meydanıdır. Hər şey ola bilər.
 
-Nəzərə alaq ki, futbolçularımız 20000 azn alır. Bəs meydanda oyun niyə olmur?
-İnsanda həvəs lazımdır. Bu həvəs olmadısa, sadəcə aylıq gəlirini gözləyərsən. Yəqin bizdə də bu prinsipdir.
 
-Bəs belə hansı kluba azarkeşlik edirsən?
-"Qalatasaray". Hər oyununu izləyirəm. Bu arada  onu deyim ki, "Qalatasaray" klubuna mahnı yazdırıram. Tezliklə, eşidib qiymət verərsiz. Burda köməkliyi keçən hər kəsə o cümlədən, Prodüsserim Aynur Zakirqızına dərin təşəkkür edirəm.
 
- Ramal müsahibə üçün dərin təşəkkürlər.
-Xoşdur, məncə fərqli bir müsahibə oldu. Sənətdən kənar.Çox sağolun.
 
Həmzə Məmmədli

Xəbər xətti