"Barselona"dan azarkeşlər üçün yeni qərar

02:20 - 18 Oktyabr 2013

"Mən uşaqları stadiona buraxmayan prezidenti desinlər, amma uşaq qatili olan prezident deməsinlər"
 
“Barselona”nın “Nou Kamp”stadionuna "Real"la matçda az yaşlı uşaqlar biletsiz girə bilməyəcəklər. 
 
 Sportal.az xəbər verir ki, bu vaxta qədər 7 yaşına qədər olan uşaqlar stadiona biletsiz daxil olurdular. "El-Klasiko"da bu qərar işləməyəcək və stadiona girmək istəyən hər kəs bilet almaq məcburiyyətində qalacaq. Klub bu dəyişikliyi təhlükəsizlik baxımndan edildiyini bildirib.Klubun prezidenti bu məsələyə belə şərh verib:
"Mən uşaqları stadiona buraxmayan prezidenti desinlər, amma uşaq qatili olan prezident deməsinlər"

Xəbər xətti