"İnter"lə matç öncəsi AZAL-da 5 itki

23:01 - 24 Oktyabr 2013

Yalnız Barlay oynaya bilər
 
Ötən tur əzmkar oyunu sayəsində “Bakı”dan xal alan AZAL klubu zədəli və xəstə futbolçuların çoxluğundan əziyyət çəkir.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov “İnter”lə çətin oyun öncəsi 5 futbolçusunun xidmətindən məhrumdur. Bunlar zədəli Ruslan Tağızadə, Branislav Arsenyeviç, Vladimir Boqdanoviç və Xuan Fransiskodu. Digər aparıcı oyunçu Samuel Barlay isə xəstələnib.
 
“İnter”ə qarşı şənbə günü AZAL Arenada keçiriləcək oyunda bu futbolçulardan yalnız Samuelin oynamaq imkanı var.
Qeyd edək ki, bu 5 futbolçu “Bakı”ya qarşı matçda da forma geyinməmişdi.

Xəbər xətti