"El Klasiko"da sevinən tərəf "Barselona" olduYENİLƏNİB

22:36 - 26 Oktyabr 2013

"Barselona" yoxsa "Real"
 
Bu axşam futbol azarkeşlərinin diqqəti Barselonaya yönələcək. 
 
Sportal.az xəbər verir ki, burada İspaniya La Liqasının X turu çərçivəsində əzəli rəqiblər - "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gələcəklər.
 
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyuna maraq olduqca böyükdür. "Barselona" bu görüşün əsas favoriti hesab olunsa da, "Real"ın da səfərdən xalla ayrılmaq istəyəcəyi şübhə doğurmur.
 
Bu axşam "El Klassiko" ilə yanaşı, daha 3 qarşılaşma baş tutacaq. "Malaqa" doğma meydanda "Selta Viqo"nu, "Elçe" isə "Qranada"nı qəbul edəcək. Günün sonra qarşılaşma "Levante" və "Espanyol" komandaları arasında olacaq.
 
Qeyd edək ki, "Barselona" 9 turdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. "Real" isə 22 xalla 3-cü pillədə qərarlaşıb.
 
 
21:00. "Barselona" - "Real" (Madrid) 2:1 
Qol: Neymar, 19, Aleksiz Sançes,80 - Xese Rodrigez,90

Xəbər xətti