"Oyunçuların fərdi ustalıq səviyyəsi öz sözünü dedi"

21:10 - 26 Oktyabr 2013

Vaqif Sadıqov:"Qapımıza o qədər də çox hücum olmadı"
 
"Çox vacib oyun idi. Oyunçuların fərdi ustalıq səviyyəsi öz sözünü dedi. Komanda şəklində biz güclüyük. Rəqib hər iki qolu futbolçuların fərdi ustalığı sayəsində vura bildi. Qapımıza o qədər də çox hücum olmadı. Hər iki komanda 3 xal üçün mübarizə apardı".
 
Sportal.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov  Premyer Liqanın 11-ci turunda "İnter"lə (0:2) oyundan sonra deyib.
O, komandasının pis təsir bağışladığını bildirib:" Asif Məmmədovun gözəl qolu rəqibin qələbəsinə möhürünü vurdu. Rəqib bizim cinahlardan fəallığımızın qarşısını ala bilmişdi".

Xəbər xətti