Hagi "Qalatasaray"a gəlir

01:25 - 29 Oktyabr 2013

"Qalatasaray"ın əfsanəsi iddialara aydınlıq gətirdi
 
"Qalatasaray"ın prezidenti verdiyi açıqlamada əfsanəvi futbolçusu Georgi Haginin oglu İanis Hagini "Qalatasaray"da görmək istədiyin bildirmişdi.
 
Sportal.az xəbər verir ki, prezidentin açıqlamalarından sonra Hagi danışıb və oğlunun gələcəkdə "sarı-qırmızı" formanı geyəcəyini deyib.
 
Bununla bağlı açıqlamalar verən Hagi, "İanis fərqli mövqelərdə oynaya bilən çox istedadlı oyunçudur. Hələ gənc olmasına baxmayaraq sağ və sol ayaqlarından çox yaxşı istifadə edir. Onu Qalatasarayda oynayarkən görmək istəyirəm. Gələcəkdə də "Cim-bom"u təmsil edəcək" deyə bildirib.

Xəbər xətti