50-ci qolu kim vuracaq?

11:44 - 1 Noyabr 2013

26-cı duel paytaxtda baş tutacaq
 
“Qəbələ” Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ”la qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, “Qırmızı-qaralar”ın ən çox qarşılaşdığı komandalardan biri olan Ağdam təmsilçisi ilə 26-cı duelə çıxacaq.
 
Əvvəlki 25 matçdan 21-i çempionat, 4-ü kuboka təsadüf edib. Ümumiyyətlə komandaların oyunlarının böyük hissəsində bərabərlik qeydə alınıb. 25 matçdan 11-də tərəflər heç-heçə ilə kifayətlənib. 4 kubok qarşılaşmasının hamısı “sülh”lə nəticələnib. “Qarabağ” 2 dəfə mərhələni səfər qolu sayəsində keçib. 
 
Qalibin müəyyənləşdiyi 14 qarşılaşmadan 9-da Ağdam, 5-də Qəbələ təmsilçisi 3 xala sevinib. “Qəbələ” son 6 görüşdə qalib gələ bilməyib. “Qırmızı-qaralar” son 4 qarşılaşmada yaşadıqları qol həsrətini və ardıcıl 3 məğlubiyyətdən ibarət uğursuz seriyanı qırmağa çalışacaq.
 
Əvvəlki 25 matçda 3 nəticə daha çox qeydə alınıb. 0:0, 1:1 və 2:1 hesablarının hərəsinə 5 dəfə təsadüf olunub. 4 dəfə isə oyunun taleyini 1 qol həll edib.
 
13-cü dəfə rəqibinin qonağı olacaq “Qəbələ” səfərdə 2 qələbə qazanıb, 6 heç-heçə edib və 4 dəfə uduzub. Bu görüşlərdə meydan sahibləri 12, qonaqlar isə 8 dəfə fərqlənib.
 
Baş tutan bütün matçlarda ümumilikdə 49 qol vurulub. Bu isə o deməkdir ki, paytaxtdakı qarşılaşmada hesabı açacaq futbolçu duellərdə yubiley – 50-ci qolun müəllifi kimi tarixə düşəcək. İndiyədək toplardan 28-ni “Qarabağ”, 21-ni “Qəbələ” vurub. Maraqlıdır ki, hər 2 komandanın heyətində 15 futbolçu qol sevinci yaşayıb.
 
“Qəbələ” - “Qarabağ” qarşılaşmalarında qol vuran 29 oyunçu arasında ən məhsuldarı isə Kənan Kərimovdur. O bu duellərdə hər 2 komandanın heyətində fərqlənən yeganə futbolçudur. Kərimov 3 dəfə “Qəbələ”ni, 2 dəfə isə “Qarabağ”ı məyus edib. Ağdamlıların heyətində Kənan Kərimovdan başqa Aslan Kərimov və Rauf Əliyev, “Qəbələ”də Viktor Mendi ilə Luis Paulo Hilario rəqib qapısına 3 dəfə tol tapıb. Sonuncu 2 futbolçu indiki klubunda çıxış etdiyindən göstəricisini yaxşılaşdırmaq imkanına malikdir. Arxada qalan 25 dueldə cəmi 2 dubl qeydə alınıb. “Qəbələ”də İqor Melnik, “Qarabağ”da isə Reynaldo Silva bunu bacarıb.
 
2006/07. Premyer Liqa
20.08.2006. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2
Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88
 
2006/07. Premyer Liqa
22.02.2007. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2
Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81
 
2007/08. Premyer Liqa. 
06.10.2007. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Bokunqu Fiston, 61 - Aslan Kərimov, 13, Qoqa Beraya, 52
 
2007/08. Premyer Liqa
13.04.2008. Qarabağ (Ağdam) - Qəbələ - 2:1
Kənan Kərimov, 8, Aslan Kərimov, 56 - Vladimir Taranu, 80
 
2008/09. Premyer Liqa
20.09.2008. Qəbələ - Qarabağ (Ağdam) - 1:2 
Kənan Kərimov, 78 - Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85
 
2008/09. Premyer Liqa
15.03.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
 
2009/10. Premyer Liqa
23.09.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
 
2009/10. Premyer Liqa
06.12.2009. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Tomaş Stolpa, 52 (p.) - Rəşad Sadiqov, 78
 
2009/10. Premyer Liqa
21.03.2010. Qəbələ - Qarabağ (Ağdam) - 3:1
Paulino Lopes Tavares, 49; İqor Melnik, 73; 84 - Georgi Adamiya, 43
 
2009/10. Premyer Liqa
24.04.2010. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Rauf Əliyev, 10 - Kənan Kərimov, 18 (p.)
 
2010/11. Premyer Liqa
25.09.2010. Qəbələ - Qarabağ (Ağdam) - 2:1
Deon Barton, 57; Branimir Subaşiç, 72 - Emin İmaməliyev, 83
 
2010/11. Premyer Liqa
13.02.2011. Qarabağ (Ağdam) - Qəbələ - 3:0
Rauf Əliyev, 15; Georgi Adamiya, 63; Əfran İsmayılov, 75
 
2011/12. Premyer Liqa
27.08.2011. Qarabağ (Ağdam) - Qəbələ - 0:1
Viktor Mendi, 37
 
2011/12. Premyer Liqa
21.12.2011. Qəbələ - Qarabağ (Ağdam) - 0:0
 
2011/12. Azərbaycan kuboku
14.03.2012. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
Viktor Mendi, 41; Luiz Paulo Hilario, 65 - Rauf Əliyev, 46; Muarem Muarem, 90
 
2011/12. Premyer Liqa
18.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
İlqar Qurbanov, 90+1 - Viktor Mendi, 16
 
2011/12. Azərbaycan kuboku
28.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
 
2011/12. Premyer Liqa
14.04.2012. Qəbələ - Qarabağ (Ağdam) - 1:0
Yannik Kamanan, 70
 
2012/13. Premyer Liqa
31.10.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:2
Muarem Muarem, 59 - Rəşad Abdullayev, 32; Luis Paulo Hilario, 34
 
2012/13. Premyer Liqa
10.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Luka Zinko, 41 - Riçard Almeyda, 55 (p.)
 
2012/13. Azərbaycan kuboku
27.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Luis Paulo Hilario, 33 - Vüqar Nadirov, 56
 
2012/13. Azərbaycan kuboku
07.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
 
2012/13. Premyer Liqa
30.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 1:0
Riçard Almeyda, 39
 
2012/13. Premyer Liqa
28.04.2013. Qəbələ - Qarabağ (Ağdam) - 0:2
Reynaldo Silva, 69; 77 
 
2013/14. Premyer Liqa
25.08.2013. Qəbələ – Qarabağ (Ağdam) - 0:1
Vüqar Nadirov, 16
 

Xəbər xətti