Qurban Qurbanov: "Hesab 4:4 olsaydı, üzülməyəcəkdim"

19:14 - 3 Noyabr 2013

Oyundan razı qaldım

 

"Çox maraqlı oyun keçdi. Oyundan razı qaldım. "Qəbələ" yaxşı komandadır.  Baxmayaraq son dəqiqələr bizim üçün yaxşı keçmdi, amma maraqlı oyun oldu. "

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov oyundan razı qaldığını da fikirlərinə əlavə etdi:

 

"Çempionatımızda hər deyendə 7 qol olmur. Biz belə oyunlara hazır olmalıyıq. Rəqib komandaya uğurlar arzulayıram. Hesab 4:4 olsaydı, heç bir problem olmayacaqdı. Belə şeylərə normal baxıram. Bu hesab mənim və komandamın xeyrinə oldu."

Xəbər xətti