"Liverpul"da kapitan şoku

23:40 - 4 Noyabr 2013

Cerrard sıradan çıxıb
 
"Liverpul"un kapitanı Stiven Cerrard ötən həftə “Arsenal”a qarşı keçirilən oyunda zədələnib.
 
Sportal.az xəbər verir ki, futbolçunun bərpa müddətinin hələ tam nə qədər davam edəcəyi bilinmir. Ehtimal olunur ki, o Premyer Liqanın növbəti turunda “Fulhem”ə qarşı oyunda forma geyinə bilməyəcək. Xatırladaq ki, Cerrard bu mövsüm “Liverpul”un heyətində 10 dəfə Premyer Liqa matçına çıxıb və 2 qol vurub.

Xəbər xətti