"İnter"in gənc yarımmüdafiəçisi komanda yoldaşlarını qabaqladı

15:17 - 5 Noyabr 2013

Abatsiev yenidən birinci oldu
 
“İnStat Football” şirkəti  “İnter” futbolçularının fiziki fəallığı  haqqında məlumatları təqdim edib.
 
Sportal.az xəbər verir ki, şirkətinin məlumatına görə, Premyer Liqanın  12-ci   turunun “İnter”-“Rəvan”(3-2) oyununda meydan sahiblərinin futbolçuları 121,3  kilometr məsafə qət ediblər.
 
Bu matçda "ağ-göylər"in heyətində ən çox məsafə  qət edən beş futbolçu ilə sizi tanış edirik:
 
1 Abdulla Abatsiyev 12639 m.
2 Vaqif Cavadov 12132 m.
3 Arif Daşdəmirov  11959 m.
4 İvan Benitez  11945 m.
5 Derlis Meza Kolli  11904 m.
 
Qeyd edək ki, ötən turda da "bankirlər"in heyətində ən çox məsafə qət edən futbolçu Abdulla Abatsiyev olmuşdu.

Xəbər xətti