Kaxaber Sxadadze: "Oyuna nəzarəti itirmişdik"

19:34 - 9 Noyabr 2013

"Amma ikinci hissədə yaxşı oynadıq"
 
 
“İlk hissədə çox zəif oynadıq. Oyuna nəzarəti itirmişdik. Amma ikinci hissədə yaxşı oynadıq. Və hesab edirəm ki, şanslarımız çox oldu. Təəssüf ki, qol vura bilmədik”.
 
Sportal.az xəbər verir ki, bu sözlər “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
 
Kaxa “Simurq”la qolsuz bitən oyundan sonra hakimlikdən narazı qalıb: “Olar mən bir sual verim? Görəsən, biz də nə vaxtsa penalti vura biləcəyikmi? Mənə elə gəlir ki, penaltimizi vermədilər”.

Xəbər xətti