"Sumqayıt" gücünü "İnter"lə sınayacaq

18:42 - 11 Noyabr 2013

Aqil Məmmədovun komandası sabah başlayır
 
Premyer Liqanın 14-cü turunda doğma azarkeşləri qarşısında "Simurq"u qonaq edəcək "Sumqayıt" 3 günlük istirahətin artından sabahdan məşqlərə start verəcək.
 
Sportal.az xəbər verir ki, Aqil Məmmədovun komandası sabahdan etibarən gündə iki dəfə olmaqla hazırlaşacaq.
 
"Sumqayıt" milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə ərfəsində, noyabrın 16-da "İnter"lə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 18:00-da "Şəfa" stadionunda baş tutacaq.

Xəbər xətti