Foqts heyəti açıqladı: "Xəzər Lənkəran"ın 2 futbolçusu əsas heyətdə

15:59 - 15 Noyabr 2013

Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:45-də start götürəcək
 
Futbol üzrə Azərbaycan yığmasının Estoniya ilə yoldaşlıq matçı üçün start heyəti müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqts sözügedən matçda aşağıdakı start heyətə güvənəcək:
 
Fərhad Vəliyev, Rasim Ramaldanov, Elnur Allahverdiyev, Bədavi Hüseynov, Maksim Medvedev, Mahir Şükürov (k), Ruslan Abışov, Rahid Əmirquliyev, Rauf Əliyev, Rüfət Dadaşov, Vaqif Cavadov.
 
Qeyd edək ki, Tallində keçiriləcək Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Xəbər xətti