Millimiz yoldaşlıq görüşündə qüvvəsini sınayır
	 
	Bu gün əsas milli komandamız Estoniyada bu ölkənin yığma komandası ilə yoldaşlıq görüşü keçirəcək.
	 
	Sportal.az xəbər verir ki, Tallində keçiriləcək oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək.
	 
	DÇ-2014-ün son seçmə oyunlarında uğurlu çıxışı ilə azarkeşləri sevindirən milli bu dəfə də səfərdə qələbə qazanmaq niyyətindədi.
	Yoldaşlıq oyunu
	 
	15 noyabr Cümə
	 
	20:45. Estoniya - Azərbaycan 2:1 
	Qollar: Sergey Zenyev,54, Lindpere,66 - Rauf Əliyev,44
	Hakimlər: Aleksey Nikolayev Oleq Tselovalnikov, Vitali Drozdov (hamısı Rusiya), Silver Koiv (Estoniya).
	Tallin. "A. Le Coq Arena".
                      
saytlarin hazirlanmasi