"Qarabağ" "Rəvan" la yenə bacarmadı

18:50 - 24 Noyabr 2013

Ağdamlılar vahid lider ola biləcəkmi?
 
Bu gün  Premyer Liqada 14-cü tura yekun vurulacaq.
 
Sportal.az xəbər verir ki, son oyun günündə daha bir qarşılaşma baş tutacaq.
Çempionatın hazırki lideri "Qarabağ" klubu öz meydanında "Rəvan"ı sınağa çəkəcək. Ağdam təmsilçisi bu görüşdə qalib gələcəyi təqdirdə turnir cədvəlinin vahid liderinə çevriləcək. 



24 noyabr (bazar)
17:00. “Qarabağ” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rza Məmmədov, Mahir Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.
 
Dəq 1: Oyun başladı
Dəq 2: Corc Leroy təkbə tək epizoddan istifadə edə bilmədi
Dəq 5: Elnur Abdulovun sağ cinahdan ötürdüyü topu qapıçı dəf edir
Dəq 19: Fredrik Holsterin vurduğu topu qapıçı Sehiç tutur 
Dəq 25: Oyun meydanın mərkəzində gedir
Dəq 31: Cor Leroy yüz faizlik topu boş qapıya ata bilmədi
Dəq 32: Maksimin uzaqdan vurduğu topu qapıçı Kapsa tutur
Dəq 35 Leroyun cərimə zərbəsindən vurduğu topu qapıçı uzaqlaşdırır
Dəq 35: Leroyun təhlükəli yerdən vurduğu top az fərqlə aralı keçir
Dəq 37 :Çumbinyonun uzaqdan vurduğu top qapıdan aralı keçir
Dəq 38: Leroy yenə əlverişli vəziyyətdən yararlana bilmədi
Dəq 44 : Elnur Abdullovun vurduğu top qapıdan aralı keçir
İlk hissə başa çatdı
Dəq 46: İkinci hissə start götürdü
Dəq 49: Çumbinyo uzaqdan qapını yoxlayır, amma top qapıdan aralı keçir
Dəq 51: Maksim Medvedyevin sağ ciahdan ötürməsi zamanı müdafiəçilər vaxtında araya girib topu uzaqlaşdırırlar
Dəq 52: Corc Leroyun qarşı-qarşıya zərbəsini Sapela dəf edir
Dəq 53: Reynaldonun qapıya zərbəsi azacıq aralı keçir
Dəq 57: "Rəvan"ın heyətində Varea oyundan kənar vəziyyətdə yaxalanır
Dəq 60: Leroyun mükəmməl ara ötürməsindən sonra Reynaldonun zərbəsini müdafiəçidən qayıtdı
Dəq 65: "Qarabağ" bu dəqiqələrdə təzyiqini artırıb
Dəq 70: Çumbiyonun zərbəsi qeyri-dəqiq alınır
Dəq 74: Leroy meydandan çıxır, yerinə Vüqar Nadirov daxil olur.
Dəq 77: Maksim Medvedyevin zərbəsini Sapela zərərsizləşdirir.
Dəq 78: Rışad Abdullayev yerini Ramazan Abbasova buraxır
Dəq 79: Rəşad Sadıqovun zərbəsi qapıniın üstündən çölə çıxır
Dəq 82: Gelaşvili yerini Muarem Muaremə buraxır
Dəq 83: Ansi Aqollinin zərbəsi Muaremə dəyərək geri qayıdır, qayıdan topu reynaldo tamamlamaq istəsə də, top müdafiəçiyə dəyərək geri qayıdır
Dəq 90 Oyun qolsuz bərabər başa çatdı

Xəbər xətti