Azərbaycan yenə Türkiyə ilə qarşılaşacaq

13:00 - 28 Noyabr 2013

Oyun canlı yayımlanacaq
 
Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
 
Sportal.az xəbər verir ki, "Bayıl Arena"da keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.
 
Xatırladaq ki, bu komandalar noyabrın 26-da Bayıl stadionunda qarşılaşmış və oyun 1:1 hesabı ilə başa çatmışdı.
 
Sonda onu da qeyd edək ki, yoldaşlıq oyunu AFFA-nın saytı vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti