"XL"in məşqçisi:"Belə azarkeşlərimiz olan halda, avrokuboklar haqda necə unutmaq olar?"MÜSAHİBƏ

00:03 - 29 Noyabr 2013

Emin Quliyev:"çempionatda bizim vəziyyətimizə qibtə etməzsən"
 
“Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyevin müsahibəsi
 
- Necə düşünürsünüz, Mustafa Dənizli “Xəzər Lənkəran”ı böhrandan çıxara bilər?
- Dənizli Türkiyədə öz sözünü demiş mütəxəssisdir. Böyük klublarda işləyib, uğurlar əldə edib. Onun böyük təcrübəsi var və bu, hamıya məlumdur. Mənə elə gəlir ki, müəyyən vaxtdan sonra “Xəzər Lənkəran”, bu mütəxəssisin rəhbərliyi altında görməyə alışdığımız futbolu oynayacaq.
 
- Siz komandanın yeni baş məşqçisi ilə danışmışınız?
- Hələ ki yox. Belə imkan olmayıb. O, baza və stadiona tez baxdı və rəhbərliklə görüşdü.
 
- Yəni, siz komandada qalıb-qalmayacağınızı bilmirsiniz?
- Hələlik mən fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre kimi, işimə davam edirəm.
 
- “Xəzər Lənkəran”ı növbəti oyuna kim çıxaracaq?
- “Xəzər Lənkəran”ı oyuna mən çıxaracam. Dənizli işə növbəti həftə başlayacaq.
 
- Siz komandanı yaxşı tanıyırsınız. Qış komandaya nə qədər dəyişikliklər gərəkdir?
- Bu sualı baş məşqçiyə vermək lazımdır. Əlbəttə, kollektiv daxilində nə baş verdiyini baş məşqçiyə deyəcəyəm. Hesab edirəm ki, güclənmək lazımdır. Digər tərəfdən, ümidləri doğrultmayanlar “Xəzər Lənkəran”ı tərk etməlidir. Güclənmə olarsa, qışda siz başqa komanda görəcəksiniz.
 
- Bəs “Xəzər Lənkəran”ın mövsümdə hədəfi nə olacaq?
- Qarşıda hələ kifayət qədər oyun var. Bəli, çempionatda bizim vəziyyətimizə qibtə etməzsən. Liderdən çox geri qalırıq. Ancaq hazırkı tapşırıq komandanı və oyunu formalaşdırmaqdır. Hələ ötən mövsüm uğurla çıxış etdiyimiz Azərbaycan Kuboku var.
 
- Yəni, Lənkəranda avrokuboklar haqda unutmurlar?
- Belə azarkeşlərimiz olan halda, avrokuboklar haqda necə unutmaq olar? Onlar yalnız yaxşı nəticələrə layiqdir.
 
- Komandanı AZAL-a qarşı kökləmək nə qədər çətindir?
- “Bakı”ya məğlubiyyətdən sonra biz müəyyən çətinliklər hiss etdik. Əlbəttə, bizə asan olmayacaq. Ancaq futbolçular üzərində olan məsuliyyəti anlamalıdır.
 
- Rəqib barədə nə deyə bilərsiniz?
- Səviyyəli ifaçıları olan yaxşı komandadır. Onları qiymətləndirməmək olmaz. Diqqətli olmasaq, qələbə qazana bilmərik. Əminəm ki, bakılılar Lənkərana üç xal dalınca gələcək.
 
Azerisport.az

Xəbər xətti