Mustafa Dənizli :"Xəzər Lənkəran"a gəlməyinin əsas səbəbi..."

14:21 - 5 Dekabr 2013

"Komandanı tanıyıram, amma çox tanımıram"
 
 "Xəzər lənkəran"ın baş məşqçisi Mustafa Dənizli  bu gün jurnalistlərə təqdim olunub.
 
Sportal.az xəbər verir ki, mütəxəssis sözlərinə belə başlayıb.
 
"İlk olaraq hamını salamlayıram. Mənim üçün yeni bir dönəm, Azərbaycan insanı ilə tanışmaq böyük bir həyəcan. Bu dövr dəyişən düşüncələri bir araya gətirən dövrdür. Məni buraya gətirən ən əsas səbəb klubun prezidentini və onun ətrafını tanımağımla bağlıdır. Mübariz Mnsimov mənim çoxdan tanıdğım bir şəxsiyyətdir, üç il əvvəl "Beşiktaş"da bir yerdəydik. İndi də onun qardaşı Mais Mənsimov ilə birlikdə işləyirəm. Hal-hazırda "Xəzər Lənkəran"ın vəziyyəti yaxşı deyil, biz də çalışacağıq ki, liqada daha yaxşı yerlərə gedək, Azərbaycan kubokunda haraya qədər gedə bilirksə, ora qədər gedəcəyik. İki həftə sonra böyük bir layihəyə başlayacağıq. Bu layihə aşağı yaş qrupları ilə bağlıdır. Bu proje tək "Xəzər Lənkəran" üçün yox, Azərbaycan üçün futbolçu yetoşdirməkdir. Komandanı tanıyıram, amma çox tanımıram"
 

Xəbər xətti