"Rəvan" istirahət etmədən başladı

18:35 - 5 Dekabr 2013

Daha bir futbolçu komanda ilə məşqə başladı
 
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ Lökbatan” səddini aşdıqdan sonra bütün diqqətlər həftəsonu baş tutacaq Premyer Liqa oyununa yönəlib.
 
Sportal.az xəbər verir ki, komanda bazar günü, dekabrın 8-də AZAL-ın qonağı olacaq.
 
"AZAL Arena”da baş tutacaq görüşə böyük önəm verən komanda elə məhz bu səbəbdən kubok matçından sonra istirahətə ehtiyac duymayıb. Bu gündən "Rəvan” məhz AZAL ilə oyunun hazırlıqlarına başlayıb. "Bayıl Arena”da keçən məşq əsasən taktiki-texniki nüanslar üzərindəki çalışmalarla əlamətdar olub. Məşqçilər korpusunu sevindirən məqam da var. Belə ki, Elvin Həsənəliyev artıq komanda ilə məşqlərə başlayıb.O, hələ bütün məşq təmrinlərini yerinə yetirə bilmədiyi üçün ümumi qrup çalışmalarına qatılır.

Xəbər xətti