Premyer Liqada noyabr ayının ən yaxşıları məlum oldu FOTO

17:27 - 6 Dekabr 2013

Ən yaxşılar "Nyukasl"dan
 
İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi və futbolçusunun kimliyinə aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, bunlar "Nyukasl"ın çalışdırıcısı Alan Pardyu və komandanın qapıçısı Tim Kruldu. 
 
Sözügedən klub ötən ay meydana çıxdığı 4 qarşılaşmada maksimum nəticə toplayıb. Tim Krul isə bu oyunlarda sadəcə iki dəfə qapısından top buraxıb.
 

Xəbər xətti